Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
UNUDULMUŞ QƏHRƏMAN - VAHİD QULİYEV

0

  •             Quliyev Vahid Nurməmməd oğlu, 1954-cü ildə Kosalar kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra, Mingəçevir İnşaat Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdi.  Məktəbi bitirdikdən sonra Xankəndində tikinti idarəsində iş icraçısı vəzifəsində çalışırdı. Onun bütün fəhlələri ermənilər idi. Öz peşəsini yaxşı bildiyi üçün, ermənilər ona bir söz deyə bilməzdi. 1988-ci il hadisələri başlananda evini məcburən tərk edir.  Şuşa şəhərində müvəqqəti məskunlaşan Vahid, Şuşa “Tikinti quraşdırma idarəsi”ndə baş mühəndis işləyir. Bundan sonra, həyatını Şuşanın müdafiəsinə bağladı. Ələ keçirdikləri topla Şuşadakı tar sexinin yanından, Xankəndinə yüzlərlə  top mərmisi atmışdır. Bir dəfə də binoklla baxarkən, görür ki, ermənilər Kərkicahan kəndinin üstündəki meşədə çadır qurublar. Topu tuşlayıb elə sərrast atəş açır ki, çadırla birlikdə erməni kafirləri havaya uçurlar.  O vaxt Müdafiə Naziri işləyən Rəhim Qaziyev və Şuşanın katibi Mikayıl Gözəlov idi. Gözəlov Vahidi tanıyır, onunla fəxr edirdi.
             Amma xainlik, satqınlıq baş alıb gedirdi. Vahidi hədələyir, Şuşadan getməyini tələb edirdilər. Odur ki, Vahid döyüş dostu Ziyəddin Quliyevlə öz kəndimizə gəlir. O,səriştəli tank idarəçisi kimi, döyüşlərdə ad-san qazanmışdı.  İnsafən demək lazımdır ki, o vaxt Sürət Hüseynov bütün qüvvəsini, vəsaitini müdafiə yoluna qoymuşdur. O, Gəncədən general Şerbakla əlaqəyə girib, 1 ədəd “T 55” tank alır. Vahid Almaniyada tank qoşunları ordusunda xidmət etdiyi üçün, tankın dilini əla bilirdi. Buna görə də tankı Vahidə verirlər. Bir neçə gün Şuşada vuruşur, sonra doğma kəndin müdafiəsi üçün Kosalara  gəlir. Elçin Həsənovla birlikdə tankı idarə edir. Xankəndinə və ətraf kəndlərə mərmi yağdırır. Mübağiləsiz demək olar ki, onun atdığı mərmilər yüzlərlə erməni öldürmüşdür.
           1992-ci il, may ayının 9-u idi. Artıq Şuşa şəhəri düşmən əlinə keçmişdir. Kosalar kəndinə hər tərəfdən erməni-rus hərbi birləşmələri yeridildi. Qarabağda düşmən əlinə keçməmiş yeganə yaşayış məntəqəsi olan Kosalar kəndi köməksiz qalmışdı. Vahid və onun silahdaşlarının səyi ilə əhali çıxmağa müvəffəq oldu. Son anda Vahid düşmən əlinə keçməsin deyə “Qara pələng” adlandırdığı sevimli tankını yandırdı. Bu onun üçün çox ağır idi. Çünki, bu Kosalara olan ümidin sonu demək idi.
            Vahid Bakıya gedərək, Müdafiə Nazirliyində, Etibar Məmmədovun yanında olmuş, ancaq qrad qurğusu üçün lazım olan hissələri ala bilməmişdi.
            Vahid: “May ayının 9-da tamam taqətdən düşmüşdüm. Kənddə qalan maşınları məhv etmək üçün, tankı yol aşırımına gətirdim. Uşaqlardan bir kibrit aldım, yanacağı açıb tankı yandırdım. Biz Şırlana çatana qədər, iki maşın və tank yandı. O tankı yandıranda zülüm-zülüm ağladım. Tank bizim xilaskarımız və yaxın dostumuz idi. Çəkdiyimiz ağır məşəqqətlərin belə faciəli sonluqla bitməsi ürəyimə xal salmışdır”.
            Döyüşlərdə aldığı sarsıntı və iztirablar nəticəsində ağır xəstəlik keçirmişdir.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi9 il öncə
    İzlənib65 dəfə
    UNUDULMUŞ QƏHRƏMAN VAHİD QULİYEV

    Maraqlı gələ bilər
    58
    37